Şimal-Qərb bölgəsində leysan yağır, ərazidə işıqlar söndürülüb

Şimal-Qərb bölgəsində leysan yağır, ərazidə işıqlar söndürülüb

Hazırda oxunan: Şimal-Qərb bölgəsində leysan yağır, ərazidə işıqlar söndürülüb

141669

Axşam saat 22.30 radələrindən başlayaraq Şimal-Qərb bölgəsi ərazisində qeyri-sabit hava hökm sürür.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, küləklə müşahidə olunan leysan yağışları iki saata yaxın davam edib.

Yağıntı bölgənin əksər rayonlarında müşahidə edilib. Dağlıq ərazilərə isə daha çox yağıntı düşüb.  

Bölgə çaylarında suyun səviyyəsi artsa da hələlik heç bir fəsad qeydə alınmayıb. Bəzi ərazilərdə təhlükəsizlik baxımından elektrik enerjisinin verilməsi dayandırılıb.

Son dəqiqələrdə yağış səngiyib, küləkli hava isə zəifləyib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO