Kürdəmirdə ağır qəza: 1 ölü, 4 yaralı var - FOTO

Kürdəmirdə ağır qəza: 1 ölü, 4 yaralı var - FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır qəza: 1 ölü, 4 yaralı var - FOTO

141532

Kürdəmirdə ağır yol qəzası olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini 24 yaşlı Xasıyanov Ruslan Əli oğlu Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış Bərdə rayon  sakini 26 yaşlı Allahverdiyev Salman Lətif oğluna məxsus "Mercedes" markalı yük maşınına çırpılıb.
Nəticədə "Toyota Prius"da  olan sərnişin 23 yaşlı Mənsimov Elnur Cavanşir oğlu elə hadisə yerində dünyasını dəyişib.

Sürücü və onun sərnişinləri Bakı şəhər sakinləri, 32 yaşlı  Qasımov Vahid Hüseynağa oğlu və 1991-ci il təvəllüdlü Səmədov İslam Rövşən oğlu və "Mercedes" markalı yük maşınının sürücüsü, Bərdə sakini  Allahverdiyev Salman Lətif oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı  araşdırma aparılır.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO