Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ucarda məzun QƏZA TÖRƏTDİ: Yaralılar var - FOTO
"Paytaxt ərazisində “Son zəng” tədbiri ilə əlaqədar məzunlar arasında ictimai qayda pozuntusu və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar olunmayıb.
Öncədən xəbərdaredici çağrışlarımıza məsuliyyətli münasibət sərgiləyən bütün vətəndaşlarımıza təşəkkür edir, gənclərimizə isə gələcək həyatlarında uğurlar arzu edirik! Yolunuz açıq olsun!", - deyə DYP əməkdaşı qeyd edib.
Bizim.Media