Ucarda məzun QƏZA TÖRƏTDİ: Yaralılar var - FOTO 

Ucarda məzun QƏZA TÖRƏTDİ: Yaralılar var - FOTO 

Hazırda oxunan: Ucarda məzun QƏZA TÖRƏTDİ: Yaralılar var - FOTO 

141474

Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,hadisə bu gün günorta saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.  

Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi "VAZ 21015" markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi "Mercedes" markalı maşın toqquşub.  
Nəticədə sürücü, N. Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar.  

Onlar Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır.  






Bizim Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO