Daha 22 ailə Laçına QAYITDI - FOTO 

Daha 22 ailə Laçına QAYITDI - FOTO 

Hazırda oxunan: Daha 22 ailə Laçına QAYITDI - FOTO 

141471

Bu gün daha 22 ailə Laçın rayonuna köçürülüb.  

Bizim.Media xəbər verir ki, 72 nəfərdən ibarət köç maşınları Laçının şəhərinin girişində Həkəri çayının üzərindəki körpüdən keçərək şəhərə daxil olub.  

Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. 

Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. 
Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb. 
















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO