Göyçayda “SON ZƏNG” belə qeyd OLUNDU – FOTO  

Göyçayda “SON ZƏNG” belə qeyd OLUNDU – FOTO  

Hazırda oxunan: Göyçayda “SON ZƏNG” belə qeyd OLUNDU – FOTO  

141423

Göyçay rayonunun ümumtəhsil məktəblərində “SON ZƏNG” tədbirləri keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 2022-2023-cü tədris ilində Göyçay rayonu ümumtəhsil müəssisələrində 2608 nəfərin şagird adı məzun adı ilə əvəz edilib. 

Rayonun 1 və 6 saylı tam orta məktəblərində, həmçinin Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirilən "Son zəng" tədbirlərində rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək məzunları təbrik edib və onlara uğurlar arzulayıb. 
“Əziz məzunlar! Sizin hər birinizi “Son zəng” münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək həyat yollarınızda böyük uğurlar arzulayırıq. Siz doğma ölkəmizin tərəqqisinə öz töhfənizi verməli, Vətənimizə layiqli övladlar olmalısınız! Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Siz xoşbəxtsiniz ki, belə əlamətdar bir ildə məktəbi bitirirsiniz! Siz qalib ölkənin qalib vətəndaşları, qalib məzunlarısınız. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfərin əldə olunması üçün döyüşərək şəhid olan, qazi olan igid övladlarımız da orta məktəblərdə təlim-tərbiyə alıb, vətənpərvər ruhda yetişiblər. Siz də vətənimizi, xalqımızı sevməli, dövlətimizə şərəflə xidmət etməlisiniz. Bu yolda Sizə uğurlar, sağlam və xoşbəxt həyat arzulayırıq!” – Z.Zeynalova bildirib. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO