“Israel HaYom” qəzeti: Azərbaycan PA-nın rəsmi nümayəndəsi İsrailə təşəkkür edib

“Israel HaYom” qəzeti: Azərbaycan PA-nın rəsmi nümayəndəsi İsrailə təşəkkür edib

Hazırda oxunan: “Israel HaYom” qəzeti: Azərbaycan PA-nın rəsmi nümayəndəsi İsrailə təşəkkür edib

14142

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

“Biz İsrail həkimlərinə, İsrailə çox minnətdarıq. Bu, bizim dostluğumuzun və əməkdaşlığın sübutudur”

Bizim.Media xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmas bu haqda İsrailin aparıcı ivritdilli nəşri olan “Israel HaYom” qəzetində yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

İsrail ərəb dövlətləri ilə İrana qarşı ittifaq qurur - Hərbi alyans yaradılır


Nəşrdə İsrailin Bakıdakı səfiri Corc Dikin sözləri də sitat gətirilib. Səfir deyib: “Bu, bizim aramızda mövcud olan dostluğun ruhunu əks etdirir”.

Məqalənin müəllifi qeyd edir ki, ötən həftənin bazar ertəsi günü səfir Corc Dik başda olmaqla, İsrailin Azərbaycandakı səfirliyi tibbi yardım göstərilməsi üzrə fövqəladə əməliyyat həyata keçirib.

Dağlıq Qarabağda Vətən müharibəsi zamanı yaralanmış Azərbaycan əsgərlərinə və zabitlərinə ən azı 150 əməliyyat aparılması və onların müalicəsinin həyata keçirilməsi məqsədilə israilli oftalmoloqların və plastik cərrahların Azərbaycana səfərləri təşkil edilib.

Cümə günü Azərbaycan hökumətində yüksəkvəzifəli şəxslərdən biri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində İsrail həkimlərinə minnətdarlığını və hörmətini bildirib.

 

Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb: “Bu, çox əlamətdar hadisədir. Bizim yaralı əsgərlərimizə və zabitlərimizə real tibbi yardım göstərmiş tibbi personala və İsrail səfirliyinə dərin minnətdarlığımızı bildiririk. Bu, ölkələrimiz arasında dostluğun sübutu və təcəssümüdür”.


Hikmət Hacıyev öz “tvit”ini yəhudi mənbələrindən bir sitatla bitirib: "Bir insanı xilas edən şəxs dünyanı xilas edir”.

Məqalənin müəllifi qeyd edir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik dünən öz “Twitter” səhifəsində belə bir mesaj yerləşdirib:

"Bu, İsrail ilə Azərbaycan arasında dostluğun ruhunu əks etdirir. Biz bu insanların möhkəm sağlamlığını, özünə əminlik hissini və öz Vətənində – Azərbaycanda normal və layiqli yaşamaq qabiliyyətini qaytarmaq istəyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO