"Əməkhaqları və təqaüdlər hər il artırılır" - Sahil Babayev 

Hazırda oxunan: "Əməkhaqları və təqaüdlər hər il artırılır" - Sahil Babayev 

141410

Azərbaycan 2030-cu ilə qədər inkişaf strategiyasında BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədini nəzərə alıb. Bunlar yoxsulluğun və aclığın tamamilə aradan qaldlrılması, təhsilin hamı üçün əlçatan olması, işsizliyin və sosial ədalətin təmin olunması kimi məsələlərdir. 

Bizim.Media xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "2030-cu ilə doğru Azərbaycanda sosial iqtisadi inklüzivlik" mövzusunda keçirilən tədbirdə çıxışında deyib. 

O bildirib ki, bu istiqamətdə atılan addımlar sırasında son 4 ildə 4 milyon nəfəri əhatə edən sosial proqrama 6,8 milyard manat vəsaitin ayrıldığını göstərmək olar. 

Nazir qeyd edib ki, Azərbaycanda əməkhaqları və təqaüdlər davamlı olaraq hər il artırılır. Son illər əmək haqları 2,5 dəfə, təqaüdlər isə 5 dəfə artırılıb. Son 5 ildə 400 min nəfər işlə təmin olunub və 62 min ailəyə özünüməşğulluq proqramı çərçivəsində biznes qurmağa yardım göstərilib. Bu dövrdə 445 min nəfər peşə təhsilinə cəlb olunub və haqqı ödənilən ictimai işlərlə təmin edilib. Bunlarla yanaşı, əlil vətəndaşlara xidmət sahəsində 12 reabilitasiya mərkəzi istifadəyə verilib. Ötən il bu mərkəzlərdə 50 min əlilə xidmət göstərilib. Cari ildə 4 reabilitasiya mərkəzi tikilib istismara buraxılacaq. Məqsədimiz bu mərkəzlərdə ilə 100 min əlilə xidmət göstərməkdən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO