SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın zamanı xəsarət almış mexanikin səhhətində problem yoxdur, iş fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə “SOCAR Downstream Management” MMC-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtdakı yanğına görə atmosfer havasının monitorinqlərinə BAŞLANILDI
Bildirilib ki, iyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində 600 kubmetrlik E3-1 hidrotəmizlənmənin ilkin emal benzini qurğusunun qoruyucu klapanının dəyişdirilməsi zamanı havayla təmas nəticəsində yanğın baş verib.
Alovlanma xammal çənlərinə qalmış qalıq xammalında olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam olaraq söndürülüb.
Vurğulanıb ki, yanğın zamanı ərazidə çalışan və yüngül xəsarət alan mexanikə yerində ilkin tibbi yardım göstərilib, səhhətində hər hansı problem yoxdur, iş fəaliyyətini davam etdirir.
“Azərikimya” İB-nin texnoloji istehsal prosesi̇ normal rejimdə çalışır.
Bizim.Media