Etilen-Polietilen zavodunda yanğının söndürülməsinə 25 texnika CƏLB EDİLDİ

Etilen-Polietilen zavodunda yanğının söndürülməsinə 25 texnika CƏLB EDİLDİ

Hazırda oxunan: Etilen-Polietilen zavodunda yanğının söndürülməsinə 25 texnika CƏLB EDİLDİ

141250

“Bu gün saat 11:16-da Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”.

Bizim.Media xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda zavod YANIR: Nazir müavini hadisə yerindədir – YENİLƏNİB/VİDEO  


O bildirib ki, hazırda yanan kürə tipli neft çənidir: “Həcmi 600 litrdir".

“Kürənin üst hissəsində nəfəsalma klapanları var. Həmin klapanlardan benzin məhsulunun buxarları çıxaraq alışır. Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi isə saatda 25 tona bərabərdir. Bu proses təxminən altı-yeddi saat çəkəcək.
Tərəfimizdən yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib”, - FHN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO