Qubada selin dağıtdığı körpü bərpa EDİLDİ – FOTO  

Qubada selin dağıtdığı körpü bərpa EDİLDİ – FOTO  

Hazırda oxunan: Qubada selin dağıtdığı körpü bərpa EDİLDİ – FOTO  

141224

Qubada iki gün öncə sel sularının dağıtdığı Yerfi kənd körpüsü texniki cəhətdən tam yararlı hala salınıb və artıq nəqliyyat vasitələri körpüdən rahatlıqla hərəkət edir. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, bu gün Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev və rayon Fövqəladə Hallar Komissiyası (FHK) üzvləri Yerfi kənd körpüsündə görülən bərpa işlərinin gedişi ilə tanış olmaq üçün kənddə olublar.

İcra başçısı aparılan işlərə yerində baxış keçirib və öz tapşırıqlarını verib. Ziyəddin Əliyev həmin istiqamətdə selin fəsad törətdiyi Çayqovuşan-Adur, Çayqovuşan-Yerfi və Qayadalı kənd yollarında da bərpa və təmizlənmə işləri ilə tanış olub.
Qeyd edək ki, intensiv leysan yağışları nəticəsində Vəlvələçay, Qaraçay, Ağçay çaylarına güclü sel gəlib, Yerfi kənd körpüsünə və kənd yollarına xeyli ziyan dəyib. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO