İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin QARŞISI ALINDI - FOTO 

İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin QARŞISI ALINDI - FOTO 

Hazırda oxunan: İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin QARŞISI ALINDI - FOTO 

141197

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycan Respublikasında dövriyyəsinə icazə verilməyən coxsaylı dərman preparatları aşkar edilərək götürülüb. 

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 

Hazırda cinayət işinin istintaqı davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO