“McDonald’s Azərbaycan” şirkəti qanvermə aksiyası keçirib - FOTO 

“McDonald’s Azərbaycan” şirkəti qanvermə aksiyası keçirib - FOTO 

Hazırda oxunan: “McDonald’s Azərbaycan” şirkəti qanvermə aksiyası keçirib - FOTO 

141185

“McDonald’s Azərbaycan” şirkəti Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə 14 iyun – Ümumdünya Qan Donoru Günü münasibətilə qanvermə aksiyası keçirib. 

Bizim.Media xəbər verir ki, Mərkəzi Qan Bankında keçirilən aksiyada “McDonald’s Azərbaycan” şirkətinin 40-dan çox əməkdaşı könüllü qan vermə aksiyasında donor kimi iştirak edib. 

Qan bankının qanla təmin edilməsi irsi qan xəstəliklərindən əziyyət çəkən (talassemiya, hemofiliya, leykimiya) eləcə də bədbəxt hadisələr zamanı xəsarət alan insanların müalicəsində mühüm rol oynayır. 

Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 2005-ci ildə Cenevrədə keçirilən 58-ci sessiyasında Ümumdünya Qan Donoru Gününün təsis edilməsi barədə qərar qəbul edilib.

Hər ilin bu tarixində insanlar başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq qan verir, bununla da əhalini ehtiyacı olan xəstələri təmin etmək üçün mütəmadi olaraq qan donorluğunun zəruriliyi barədə məlumatlandırırlar. 
Qeyd edək ki, korporativ sosial məsuliyyət hər zaman “McDonald’s” şirkətinin fəlsəfəsinin əsasını təşkil edib. “McDonald’s”ın 23 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO