Frankfurter Allgemeine Zeitung xəbər verir ki, bu il Madriddə Beynəlxalq Qadınlar Günü münasibətilə ənənəvi yürüş keçirilməyəcək.
Bizim.Media həmin qəzetin materialına istinadən xəbər verir ki, şəhər məhkəməsi "ictimai sağlamlıq səbəbindən" nümayişlərin qadağan edilməsi barədə hakimiyyətin qərarının qanuniliyini təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
8 Mart Beynəlxalq Qadınlar Günüdür
Lakin feministlər və həmkarlar ittifaqları həbs olunan reper Pablo Xasel və sağ ekstremistlərin yürüşünə dəstək olmaq üçün qadağa ilə barışmaq istəmirlər.
İspaniyanın gender bərabərliyi üzrə naziri deyib ki, artıq "feminizm kriminallaşdırılır” bu cərəyan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunmağa başlayıb. Pandemiya dönəmində bu cür toplantıların keçirilməsi vəziyyəti birə-beş ağırlaşdırır.
"Frankfurter Allgemeine Zeitung" bunu təzad adlandıraraq yazır ki, bundan əvvəl hakimiyyət heç bir problem olmadan həbs olunan reper Pablo Haselə dəstək üçün mitinqlərə və sağ ekstremistlərin yürüşlərinə icazə verib.
Həm də İspaniyanın bütün digər bölgələrində sərt məhdudiyyət şəraiti olsa da Beynəlxalq Qadınlar Günü kütləvi şəkildə qeyd olunur.
Nəşrin yazdığına görə, 8 Mart İspaniya üçün ən vacib bayramlardan biridir: hər il yüz minlərlə insan küçələrə çıxır. 2018-ci ildə nümayişə beş milyondan çox ispan qadını toplanmışdı və kraliça Letisiya da bu tədbirlərə qatılmışdı.
Ötən il isə pandemiya olmasına baxmayaraq, yürüşdə demək olar ki, bütün hökumət iştirak edirdi. Ertəsi gün isə Madriddə məktəblər bağlandı və bir həftə sonra maya qədər davam edən özünümüdafiə rejimi tətbiq edildi.
O vaxtdan etibarən sağ müxalifət sol hökuməti "ideoloji səbəblərə görə məsuliyyətsizlikdə" ittiham edir:
İnfeksiyanın yüksək riskinə görə nümayişə qadağa qoyulmalı idi. Mart 2020-ci ilin əvvəlində Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi təhlükə səviyyəsinin yüksəldiyini elan etdi və kütləvi tədbirlərin keçirilmısi ilə bağlı xəbərdarlıq verdi.
Lakin Madriddə nümayişlərin təşkilatçıları qadağa ilə barışmaq istəmirlər. Həftə sonu bir neçə feminist təşkilatı və iki həmkarlar ittifaqı təcili olaraq regionun ali məhkəməsinə iddia qaldırıblar.
Onlar izah etdilər ki, yoluxma riskini azaltmaq üçün bütün lazımi tədbirlər görülüb. Feministlər hərəkətlərinə "misli görünməmiş hücumdan" danışırlar. Amnesty International insan hüquqları təşkilatı yığıncaqların azadlığının "qeyri-mütənasib məhdudlaşdırılmasını" göstərir.
Bir çox mənbələrin fikrincə “demokratiya”, “rəngli inqlablar” dövrü artıq başa çatıb. ABŞ-ın Dövlət katibi Blinkenin də etiraflarına görə, Qərb artıq bu vasitələrdən istifadə etmək fikrində deyil, onları köhnəlmiş hesab edir.
Analitiklər isə hesab edirlər ki, Qərbin beyin mərkəzləri yeni bir ideologiyaya körük verərək dünyada ölkələrində yeni dalğanın güclənməsinə çalışacaqlar.
Feminizm hərakatı bu funksiyanı öz üzərinə götürəcək. Hazırda dünyünın bir çox yerlərində feministlərin yeni başqaldırma işarələri özünü biruzə verir.
Dəqiq fikir isə belədir: Hazırda feminizim öz kriminal-aqressiv formasını Avropada sınaqdan keçirir. Tezliklə müxtəlif adlar altında bölgələrdə üzə çıxacaq.
Bizim.Media