Qəbələlilərə şad XƏBƏR: Bu kəndə qaz ÇƏKİLİR - FOTO

Qəbələlilərə şad XƏBƏR: Bu kəndə qaz ÇƏKİLİR - FOTO

Hazırda oxunan: Qəbələlilərə şad XƏBƏR: Bu kəndə qaz ÇƏKİLİR - FOTO

141162

 Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələri çərçivəsində yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəhbərliyi Yemişanlı kəndində sakinlərlə görüşərək  onların sosial qayğıları ilə maraqlanıb. 

Qeyd olunub ki, Yemişanlı kəndində xeyli abadlıq və quruculuq işləri görülüb. Digər yaşayış məntəqələri kimi Yemişanlı kəndi də dayanıqlı rabitə, fasiləsiz işıqla təchiz edilib. Hazırda kəndin mavi yanacaqla təmin olunması üçün qaz xətlərinin çəkilişi işlərinin davam etdirilir.
Daha sonra vətəndaşlar fərdi qaydada dinlənilib. Sakinlər həyatyanı torpaqla, içməli və suvarma suyu eləcə də şəxsi problemlərin həlli ilə bağlı danışıb. Qaldırılan bir çox məsələlər yerindəcə həll edilib, digərlərinin isə həlli nəzarətə götürülüb. 




Tural Rasim oğılu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO