“Xanımlarımız 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdır” - NAZİR

“Xanımlarımız 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdır” - NAZİR

Hazırda oxunan: “Xanımlarımız 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdır” - NAZİR

14109

"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər".

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “facebook” səhifəsində paylaşıb.

O bildirib ki, təhsil prosesinin də mərkəzində qadınlar dayanır:

"Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər.

Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar.

Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO