Valideynlərin müəllimə qızıl alması ilə bağlı rəsmi AÇIQLAMA

Valideynlərin müəllimə qızıl alması ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Valideynlərin müəllimə qızıl alması ilə bağlı rəsmi AÇIQLAMA

141072

Məktəblərdə müşahidə olunan neqativ hallarla bağlı mütəmadi şəkildə maarifləndirici işlər aparılır, müvafiq tapşırıqlar verilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. 

“Təbii ki, biz də məktəblərdə müəyyən neqativ halların olmasının tərəfində və arzusunda deyilik. Amma təəssüf ki, bu kimi hallar baş verəndə də kəskin addımlar atılır və atılacaq. Bu sahədə valideynləri də əməkdaşlığa çağırırıq. Çünki valideynlər müəyyən məsələlərdə təşəbbüskar olmamalıdır. Əgər onlar bu sahədə bizə kömək edərlərsə, daha üstün və yaxşı nəticələr əldə edə bilərik”,- deyə M.Vəliyeva əlavə edib. 
Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl aldırması ilə bağlı iddialar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO