Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtomobil nəqliyyatı parklarının yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Müvafiq yol-nəqliyyat, sosial, mədəni, ictimai-iaşə, inzibati mühəndis-kommunikasiya təminatı və digər bu kimi xidmətlərin kompleks qaydada təmin edilməsi məqsədilə avtomobil nəqliyyatı parkları yaradıla bilər.
Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 12.06.2023
Avtomobil nəqliyyatı parklarına dair yeni TƏLƏB
Hazırda oxunan: Avtomobil nəqliyyatı parklarına dair yeni TƏLƏB
Hazırda oxunan: Avtomobil nəqliyyatı parklarına dair yeni TƏLƏB
141030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.