Qubada selin dağıtdığı körpü bərpa EDİLİR – VİDEO   

Qubada selin dağıtdığı körpü bərpa EDİLİR – VİDEO   

Hazırda oxunan: Qubada selin dağıtdığı körpü bərpa EDİLİR – VİDEO   

141022

Qubanın Yerfi kəndi ərazisində sel sularının dağıtdığı körpünün bərpasına səhər saatlarından başlanılıb. 

Qubadakı 11 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisi Hikmət Seyidov Bizim.Media-ya məlumat verib ki, Babaçaydan gələn güclü sel Yerfi körpüsünün 3/2 hissəsini yuyub aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü sel Qubada fəsadlar TÖRƏTDİ – VİDEO  


Onun sözlərinə görə, səhər saat 6 radələrindən bərpasına başlanılan körpü yaxın günlərdə tam yararlı vəziyyətə salınacaq.

Hələlik müvəqqəti olaraq nəqliyyat vasitələri çayın içərisi ilə hərəkət edir. Hikmət Seyidov məlumat verib ki, Yerfi körpüsünün qısa vaxt ərzində bərpa edilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun və Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin birbaşa nəzarəti altındadır. 

 

 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO