Kamran Əliyevdən qadınlara TƏBRİK: “Bizim uğurlarımızın arxasında sizin səbriniz dayanır”

Kamran Əliyevdən qadınlara TƏBRİK: “Bizim uğurlarımızın arxasında sizin səbriniz dayanır”

Hazırda oxunan: Kamran Əliyevdən qadınlara TƏBRİK: “Bizim uğurlarımızın arxasında sizin səbriniz dayanır”

14098

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Əziz qadınlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Hər gün, hər an işdə və evdə zərif, diqqətli və qayğıkeşsiniz. Həyatlarını prokurorluqda xidmətlə əlaqələndirən qadınlara ayrıca minnətdarlıq bildirmək istəyirəm. Qarşınızda duran vəzifələrin öhdəsindən vicdanla və fədakarlıqla gəlməyiniz Sizin böyük potensiala və əzmə malik olmağınızın göstəricisidir.

Bizim uğurlarımızın arxasında çox vaxt sizin müdrikliyiniz, səbriniz və dəstəyiniz dayanır.

Prokurorluğun veteran xanımlarına da uzun illər qanunlara qüsursuz xidmət göstərdiklərinə görə minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, sevgi, xoşbəxtlik, ailə rifahı və peşə uğurları diləyirəm. Bayramınız mübarək!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO