Məşhur restoranın rəhbərliyi CƏRİMƏLƏNDİ – FOTO  

Məşhur restoranın rəhbərliyi CƏRİMƏLƏNDİ – FOTO  

Hazırda oxunan: Məşhur restoranın rəhbərliyi CƏRİMƏLƏNDİ – FOTO  

140976

Ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Binəqədi rayonunda fəaliyyət göstərən "Cratos Hall" restoranından atmosferə tullantı atıldığı faktı təsdiqini tapıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.

Aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən obyektdə təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Yaşar Qasımov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib. 
Restorandakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün Y.Qasımova məcburi göstəriş verilib”. 

Xatırladaq ki, "Havanı kim çirkləndirir?" layihəsinin əsas məqsədi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir. 

Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO