Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər - FOTOLAR

Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər - FOTOLAR

Hazırda oxunan: Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər - FOTOLAR

14092

Yaponiyalı iş adamları Taro Savada və Muneçika Tanio Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Yaponiyalı iş adamlarının nəzərinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb.

Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.

Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO