Mərhum Məhəmməd Hatəmi dəfn edilir  - Fotolar

Mərhum Məhəmməd Hatəmi dəfn edilir - Fotolar

Hazırda oxunan: Mərhum Məhəmməd Hatəmi dəfn edilir - Fotolar

140818
Xəbər verdiyimiz kimi milli-azadlıq hərəkatının liderlərindən olan, hərəkat dövründə yaradılan “Çənlibel”x9d təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantekin bu gün  81 yaşında dünyasını dəyişib.

Hazırda mərhumla Naxçıvanski küçəsi 56 ünvanında, onun yaşadığı evdə vida mərasimi keçirilir. M. Hatemi vida mərasimindən sonra Bülbülə kənd qəbiristanlığında, valideynlərinin yanında dəfn ediləcək.

Qeyd edək ki, Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan "Çənlibel" Cəmiyyətinin qurucuları sırasında yer alıb. 1988-ci il noyabrın 17-də keçmiş Lenin, indiki Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib. 

 M.Hatəmi 90-cı illərdə Milli Qurtuluş Partiyasını təsis edib. Qarabağ cəbhəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə olub.(musavat.com)













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO