\

\"Gəncə stadionunda əsaslı tikinti və təmirə vəsaitimiz yoxdur\" - Fərid Qayıbov

Hazırda oxunan: \"Gəncə stadionunda əsaslı tikinti və təmirə vəsaitimiz yoxdur\" - Fərid Qayıbov

140763

“Kəpəzin stadionu Gənclər və İdman Nazirliyinin balansındadır. Stadionun tamaşaçılar üçün nəzərdə tutulan hissəsinin əsaslı təmirə və yaxud yenidən qurulmasına ehtiyac var. Bu işlərin həyata keçirilməsi üçün böyük vəsait lazımdır. Lakin hələlik bunun üçün nazirliyin vəsaiti yoxdur". 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Gəncədə səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov verib. 

Onun sözlərinə görə, Gəncə stadionundakı vəziyyət aidiyyatı qurumun nəzərindədir: 

"Biz Gəncə stadionunun vəziyyəti barədə xəbərdarıq. Hazırda orda iki köməkçi meydançanın inşası yekunlaşmaq üzrədir. Əsas meydançanın da ot örtüyü mənə verilən məlumata görə, artıq yenilənib. Əlavə vəsait imkanı olan kimi Gəncə stadionunun yenidən qurulması gündəmdədir. Kəpəz bu il çempionatda pis oynamadı. Ümidvarıq ki, gəncəlilərin stadionla bağlı arzuları reallaşdırılacaq" - deyə F. Qayıbov əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO