Fərid Qayıbov Gəncədə idman zonasının AÇILIŞINDA - FOTO 

Fərid Qayıbov Gəncədə idman zonasının AÇILIŞINDA - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov Gəncədə idman zonasının AÇILIŞINDA - FOTO 

140762

Gəncə şəhərində yeni "Sağlam məhəllə” idman zonası istifadəyə verilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva və digər idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları quraşdırılıb.

Gənclər və idman naziri Fərid Qayıbov qəsəbə sakinləri və onların övladları üçün nəzərdə tutulan bu idman məhəlləsinin əhalinin sağlam həyat tərzi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib: 

"Belə məhəllələrin digər qəsəbələrdə də quraşdırılması çox vacib addım ola bilər. Biz bu cür idman məhəllələrini digər şəhər və rayonlarda da yaratmaq istəyirik. Bunun üçün iş adamlarını və şirkətləri belə xeyirxah addımları dəstəkləməyə və bu cür layihələrə dəstək olmağa çağırıram", - deyə nazir əlavə edib. Açılış zamanı "Kəpəz" futbol klubunun keçmiş baş məşqçisi Tərlan Əhmədov və klubun əsas heyətinin futbolçuları, "Gəncə" basketbol klubunun köməkçi məşqçisi Rizvan Səfərov və basketbolçuları uşaqlara master-klass keçib, topla hərəkətləri öyrədiblər. Gəncə şəhərinin Gülüstan qəsəbəsində inşa edilən “Sağlam məhəllə" zonasını Gənclər və İdman Nazirliyi “Qala” sığortanın dəstəyi ilə, əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verib. 



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO