Son vaxtlar orta məktəblərdə şagirdlər arasında zorakılıq hallarının sayı artmaqdadır. Maraqlıdır, şagirdlər arasında bışaqlanma hallarının da mövcud olduğu zorakılıqların artmasına səbəb nədir? Orta məktəblərdə psixoloji xidmətin səviyyəsini yüksəltmək ehsabına bu problem həll etmək mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma”x9dnın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı bunun səbəbini ümumilikdə cəmiyyətin özündə gərginliyin artması ilə izah etdi:
“Məktəblərdəki zorakılıqların artmasının səbəbi psixoloqların fəaliyyətinin zəif olması ilə deyil, məlum səbəblərdən cəmiyyətin özündə gərginliklərin artması ilə bağlıdır. Hər bir şagird ailədən gəlir. Ailə cəmiyyətin təməlidir. Təməldə gərginlik olarsa, bu, əlbəttə ki, cəmiyyəti də silkələyəcək. Psixoloqların fəaliyyətinin gücləndirilməsi bir sıra halların qarşısını ala bilər. Məgər təhsili idarə edənlər heç bunu da istəyirlərmi? Məncə yox!
Məktəb psixoloqlarının vəziyyətinə baxın: təhsildə psixoloji xidmət haqqında əsasnamənin təsdiqlənməsi 13 ildir müşgülə düşüb, onların fəaliyyətinin hansı sənədlə tənizmlənməsi aydın deyil; məktəbdə pedaqoji işçilərin əmək haqqı artırıldı, psixoloqlardan başqa; bütün pedaqoji statuslu məktəb işçiləri üçün müasir təlimlər təşkil olunur, layihələr həyata keçirilir, psixoloqlardan başqa. Şəxsən mənim bu məsələyə münasibətim ümidverici deyil, pessimistdir, çünki artıq inamımı itirmişəm, bu sahədə məsul şəxslərin marağının olmaması ortadadır. Birdə ki, nəyə görə psixoloqlar məktəblərdə problemlər yarananda yada düşürlər. Onlardan bunu gözləyənlər bu sualıma cavab versinlər: "Siz 150 manat əmək haqqına məktəbdə hansı işləri görərdiniz?". Cavab hər kəsə aydındır...Kimsə məktəb psixoloqalrını qınamasın. Bunu etmək asandır”x9d.
Seymur Əliyev































































































