Xəzər Universiteti Dünya Məktəbində beynəlxalq olimpiadanın qalibləri MÜKAFATLANDIRILDI - FOTO

Xəzər Universiteti Dünya Məktəbində beynəlxalq olimpiadanın qalibləri MÜKAFATLANDIRILDI - FOTO

Hazırda oxunan: Xəzər Universiteti Dünya Məktəbində beynəlxalq olimpiadanın qalibləri MÜKAFATLANDIRILDI - FOTO

140731

Xəzər Universiteti Dünya Məktəbində İ-STEM beynəlxalq olimpiadasında yüksək nəticələr əldə edən şagirdlər mükafatlandırılıb.  

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimində məktəbin direktoru Nazpəri Bayramova, məktəbin layihə və olimpiadalar üzrə koordinatoru Turab Əhmədov, idarə heyətinin üzvləri və müəllimlər iştirak ediblər.  



Olimpiadanı bürünc və gümüş mükafatlarla başa vuran şagirdlər təltif olunduqdan sonra, qızıl medal qazanan şagirdlərə hədiyyələr təqdim olunub.  

Şagirdlər, ümumilikdə, İ-STEM olimpiadasında 8 qızıl, 16 gümüş, 18 bürünc medal və 24 fəxri fərmana layiq görülüb.  

Qeyd edək ki, Dünya Məktəbi şagirdləri il ərzində müxtəlif yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə qoşulur, uğurlu nəticələr əldə edirlər. Tədris ilinin əvvəlində istedadlı şagirdlər seçilir və il ərzində təşkil olunan olimpiada dərsləri ilə müsabiqələrə hazırlaşırlar. Olimpiada qalibləri gələcəkdə ali məktəblərə qəbul zamanı üstünlüklər əldə edirlər. 

Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO