Əsgərlərimizin çəkdiyi görüntülər qalmaqal yaratdı - VİDEO

Əsgərlərimizin çəkdiyi görüntülər qalmaqal yaratdı - VİDEO

Hazırda oxunan: Əsgərlərimizin çəkdiyi görüntülər qalmaqal yaratdı - VİDEO

14070

Bizim.Media xəbər verir ki, Azərbaycan əsgərlərinin maşınla Qafan şəhərinə getməsi və ətrafdakı hər şeyi videoya alması sosial şəbəkələrdə növbəti dəfə panika yaradıb.

Ermənilər iddia ediblər ki, guya əsgərlərimiz bu ərazilərə "əl qoymaq” istəyirlər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti artıq videoya münasibət bildirib və görüntülərin Azərbaycan əsgərləri tərəfindən çəkildiyini təsdiqləyib.

"Bu videoçəkiliş Sünik və Çakaten kəndləri arasındakı yolda hələ bir ay əvvəl Rusiya sülhməramlılarının müşayiəti ilə sərhədçilərin üçtərəfli işçi qrupunun görüşündə iştirak etmək üçün əvvəlcədən razılaşdırılmış marşrutla hərəkət edən Azərbaycan hərbçiləri tərəfindən aparılıb", - məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, Ermənistan və Azərbaycan sərhədçiləri dislokasiya yerlərində rusiyalı həmkarları ilə əməkdaşlıqları çərçivəsində Gorus-Kafan yolunun Şurnux-David-bek (Zeyvə) ərazisində sərhəd işlərinin həyata keçirilməsi ilə məşğuldurlar.

Ermənistan MTX şayiələrə inanmamağa çağırıb və naharatlıq üçün heç bir əsas olmadığını qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO