Qoruqlar arasında əməkdaşlıq əlaqələri genişlənir - FOTO 

Qoruqlar arasında əməkdaşlıq əlaqələri genişlənir - FOTO 

Hazırda oxunan: Qoruqlar arasında əməkdaşlıq əlaqələri genişlənir - FOTO 

140697

Şimal-Qərb bölgəsində fəaliyyət göstərən Qoruqlar arasında ötən il birgə əməkdaşlıq və təcrübə mübadiləsinə dair memorandum imzalanıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əldə edilən razılığa və iş planına əsasən bölgədə fəaliyyət göstərən qoruqların rəhbərləri Qax rayonunun İlisu kəndində, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində bir araya gəlib.  

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu və Zaqatala Tarix-Mədəniyyət qoruqlarının direktor və əməkdaşlarının iştirakı ilə “Qoruqlar arasında təcrübə mübadiləsi və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.  

Qonaqları İlisu Qoruğunun direktoru Azər Qocayev qarşılayaraq bu tarixi kənd haqqında ətraflı məlumat verib. Daha sonra qonaqlar tərəfindən ərazidəki tarixi məkanlara baxış keçirilib.

Qoruq əməkdaşlarına “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ekskursiyaçıları tərəfindən burada olan ölkə əhəmiyyətli “Sumuq qala”(XVII- XVIII əsr), “Ulu məscid”(XVII-XVIII əsr), yerli əhəmiyyətli abidələrdən “Ulu körpü”(XVII əsr),”Bürc qala”(XIX əsr) və “Beşbulaq” (XIX əsr) tarixi –memarlıq abidələri haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılıb.  

Səfər çərçivəsində qonaqlar tarixi məkanlarla yanaşı təbii gözəlliyi və ecazkarlığı ilə göz oxşayan, turistlərin böyük maraq göstərdiyi “Ramramay” şəlaləsinə də baxış keçirib.  

Böyük marağa səbəb olan təcrübə mübadiləsi çərçivəsində qoruq direktorları qarşılıqlı şəkildə bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO