Azərbaycanda xəstəni öldürən həkimlər pulla şahid TUTDULAR  

Azərbaycanda xəstəni öldürən həkimlər pulla şahid TUTDULAR  

Hazırda oxunan: Azərbaycanda xəstəni öldürən həkimlər pulla şahid TUTDULAR  

140631

“Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkimləri barəsində rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Ağcabədi rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, ibtidai istintaqla həmin tibb müəssisəsinin əməliyyat bölməsinin müdiri Həbib Məmmədov və reanimasiya şöbəsinin müdiri Ruhəngiz Kərimbəylinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdikləri qüsurlu tibbi xidmət nəticəsində ehtiyatsızlıqdan Qırımxan Qasımovun ölümünə səbəb olmalarına, həmçinin Həbib Məmmədovun cinayət məsuliyyətindən azad olmaq məqsədilə iş üzrə şahidi pulla ələ almasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Həbib Məmmədova Cinayət Məcəlləsinin 299.1 (şahidin yalan ifadə verməsi məqsədi ilə onu pulla ələ alma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Ruhəngiz Kərimbəyliyə isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO