Son günlər ərzində COVİD-19-a yoluxma hallarının sayının artmasının əsas səbəblərindən biri karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlarda arxayınlığın yaranmasıdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Koronovirus mövsümi xəstəliyə çevrilə bilər – Xəbərdarlıq
İctimai-iaşə müəssisələrinin açılması, insanların toplu halda cəmləşməsi, maskadan istifadənin zəifləməsi də səbəblər sırasındadır:
"Amma digər tərəfdən bir sıra ölkələrdə, o cümlədən Türkiyədə virusun mutasiya olunmuş yeni ştammları yayılır. Bu, COVİD–19-un məlum ştammından fərqli olaraq, daha sürətlə yayılır. Amma aparılan tədqiqatlar ölkəmizdə hələlik bu ştammın olduğunu göstərmir”.
A.Allahverdiyev bildirib ki, hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir:
"Peyvəndin əhatə dairəsinin getdikcə genişlənməsi də virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq".(trend.az)
Bizim.Media