Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir ki, yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar şənbə günü, iyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb.
İməcilik zamanı şəhərin prospekt və küçələrində, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.
"Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus obyektlərin fasad və vitrinlərində, və obyektlərin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq", - müraciətdə deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 09.06.2023
İməciliyin keçirilməsi ilə bağlı BŞİH-dən ÇAĞIRIŞ
Hazırda oxunan: İməciliyin keçirilməsi ilə bağlı BŞİH-dən ÇAĞIRIŞ
Hazırda oxunan: İməciliyin keçirilməsi ilə bağlı BŞİH-dən ÇAĞIRIŞ
140535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.