Azərbaycanda ən çox 31-40 yaş aralığında olan qadınlar işləyirlər

Azərbaycanda ən çox 31-40 yaş aralığında olan qadınlar işləyirlər

Hazırda oxunan: Azərbaycanda ən çox 31-40 yaş aralığında olan qadınlar işləyirlər

14052

Əmək müqaviləsi əsasında işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46%-i, ümumi təhsilli şəxslərin 37%-i, orta ixtisas təhsilli şəxslərin 55%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24%-i qadınlardan ibarətdir.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qadınların əmək bazarında iştirakı artırılır


Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44%-i qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.

“Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16%-i 16-30 yaşlarında, 27%-i 31-40 yaşlarında, 23%-i 41-50 yaşlarında, 24%-i 51-60 yaşlarında, 10%-i isə 61 yaşdan yuxarı olanlardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO