Tədarük məntəqələrinə 119 tondan çox yaş barama VERİLİB - FOTO 

Tədarük məntəqələrinə 119 tondan çox yaş barama VERİLİB - FOTO 

Hazırda oxunan: Tədarük məntəqələrinə 119 tondan çox yaş barama VERİLİB - FOTO 

140506

Respublikada yaş barama tədarükü davam edir. Bu günədək kümçülər tərəfindən tədarük məntəqələrinə 119 tondan çox yaş barama təhvil verilib. İyunun 8-də respublika üzrə 8,43 ton yaş barama tədarük olunub. 

Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya bildirilib ki, cari ildə Azərbaycanın 41 rayonunda yaş barama tədarükü aparılıb.  

İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. 

Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək. 
Respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 53 tona yaxın yaş barama təhvil veriblər. Ağcabədi (34,2 ton), Balakən (21,12 ton), Zaqatala (20,11 ton), Bərdə (19,69 ton), Tərtər (13,66 ton), Lənkəran (8,76 ton), Füzuli (7,6 ton), Ağdam (7,58 ton), Sabirabad (6,97 ton) və Yevlax (6,96 ton) ən çox yaş barama tədarük edən rayonlardır. 

Yaş barama tədarükü davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO