7 nömrəli məktəbin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTO 

7 nömrəli məktəbin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTO 

Hazırda oxunan: 7 nömrəli məktəbin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTO 

140473

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluşun banisi” adlı tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) rektoru Cəfər Cəfərov, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının muavini Kəmalə Haşımova, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, millət vəkilləri Nigar Arpadarai, Vüqar İsgəndərov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbin məzunları, valideynlər, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər. 

Tədbir Alim Qasımov və Fərqanə Qasımovanın ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu söyləyib. Ulu Öndərin ideyalarının Zəfər tariximizə işıq saldığını qeyd edən M.Vəliyeva bildirib ki, işğaldan azad edilən torpaqlarımızda gedən böyük quruculuq işlərinə öz töhfələrini verən gənclik yetişdirmək işində Azərbaycan məktəblərinin, müəllimlərin üzərinə böyük vəzifələr düşür. 

Daha sonra Şuşa haqqında hazırlanmış “Ata vəsiyyəti” adlı videoçarx nümayiş olunub, şəhid övladlarının ifasında təqdim olunan “Yaşa, Azərbaycan” mahnısı ifa edilib. 

Daha sonra “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində Şəhidlərimizin övladlarının təqdimatında Cəlal Qurbanovun bəstəsi olan “Zəfər Marşı” ifa edilib. 

Çıxış edən Səbail RİH başçısının muavini Kəmalə Haşımova, ADPU-nun rektoru Cəfər Cəfərov, millət vəkilləri Nigar Arpadarai, Vüqar İsgəndərov, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Xalq artisti Afaq Bəşirqızı, məktəbin məzunu, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıblar. Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təqdim etdiyi “Qurtuluşun banisi” adlı tədbir məktəblilərin Ümummilli Liderə olan sevgi və hörmətinin nümunəsi kimi dəyərləndirilib. 

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO