Milli Hidrometeorologiya Xidməti saat 13:00-a olan son hava haqqında məlumatı açıqlayıb.
Bizim.Media xəbər verir ki, qurumun məlumatına əsasən, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Güclü külək davam edəcək – Sabahın hava proqnozu
Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt, Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Bizim.Media