Beynəlxalq tədbirin iştirakçıları Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar - FOTO 

Beynəlxalq tədbirin iştirakçıları Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar - FOTO 

Hazırda oxunan: Beynəlxalq tədbirin iştirakçıları Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar - FOTO 

140328

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı beynəlxalq tədbirin iştirakçıları iyunun 7-də Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda “Heydər Əliyev və Qarabağ” adlı fotosərgi ilə tanış olublar. 

Sərgidə Ulu Öndər Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.
Burada, həmçinin Ümummilli Liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.

Məlumat verilib ki, Heydər Əliyev Azərbaycanın tarixi diyarının hərtərəfli inkişafına, o cümlədən mədəniyyətə, incəsənətə böyük diqqət və qayğı göstərib. 

Qonaqlar Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini və Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər. 

Gəzinti zamanı bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. 




















Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO