“Şuşa qalxıb ayağa” – Qəşəm Nəcəfzadənin kitabları SƏRGİLƏNİB – FOTO  

“Şuşa qalxıb ayağa” – Qəşəm Nəcəfzadənin kitabları SƏRGİLƏNİB – FOTO  

Hazırda oxunan: “Şuşa qalxıb ayağa” – Qəşəm Nəcəfzadənin kitabları SƏRGİLƏNİB – FOTO  

140260

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü günündə şair, publisist, yazıçı Qəşəm Nəcəfzadənin imza saatı keçirilib.  

Bizim.Media-nım masasında yazıçının "Ölüm o dünyada qaldı", "Şuşa qalxıb ayağa", "Gəncə soneti" adlı kitabları sərgilənib. 

Qəşəm Nəcəfzadə 40-dan çox kitabın müəllifidir. Yazıçı qeyd edib ki, 30 illik  yaradıcılığı dövründə bir sıra festivallarda və sərgilərdə iştirak edib. 

Xatırladaq ki, Qəşəm Nəcəfzadə əməkdar mədəniyyət işçisidir. 

Qeyd edək ki, festivalın üçüncü günü türkmən (Türkmənistan) ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO