Qarabağda işləyənlərin maaşına artımlarla bağlı QƏRAR  

Qarabağda işləyənlərin maaşına artımlarla bağlı QƏRAR  

Hazırda oxunan: Qarabağda işləyənlərin maaşına artımlarla bağlı QƏRAR  

140256

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin də əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarı müəyyən ediləcək. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb. 

Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib. 

Müəyyən edilib ki, yuxarıda nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO