Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib.xa0
Moderator.az xəbər verir ki, mədəniyyət və turizm naziri Əblüfəs Qarayev ölkə turizmi ilə bağlı maraqlı rəqəmlər səsləndirib:
"Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olundu. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verildi. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”x9dnda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”x9d.






























































































