"Hazırda həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının bir hissəsi kimi növbəti 4 il ərzində Şuşaya 2000 nəfər köçürüləcək".
Bizim.Media xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O, Şuşanın ümumilikdə 20 min nəfərin yaşadığı olduqca canlı şəhər olacağını qeyd edib.
Bizim.Media