“Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi KEÇİRİLDİ  

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi KEÇİRİLDİ  

Hazırda oxunan: “Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi KEÇİRİLDİ  

140174

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Veloparkda baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev, federasiyanın vitse-prezidentləri, həmçinin, idmançılar iştirak ediblər. 

İlk olaraq çıxış edən Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıb, qonaqları Bakıda qəbul etməkdən məmnunluq duyduqlarını bildirib:

"Artıq ikinci dəfədir ki, işğaldan azad olunan Şuşada bu yarış keçiriləcək. Yarışın uğurlu alınacağına inanıram". 

Daha sonra qısa nitq söyləyən Mədət Quliyev də iştirakçıları salamlayıb, hər birinə uğurlar arzulayıb. 

Ardından komandaların təqdimat mərasimi gerçəkləşib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə bu gün Veloparkda start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər və günün qalibləri mükafatlandırılacaqlar. 

Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO