Üzərliyin bilmədiyiniz faydaları

Üzərliyin bilmədiyiniz faydaları

Hazırda oxunan: Üzərliyin bilmədiyiniz faydaları

14010

Üzərlik otu pis gözlərdən qoruduğuna və pis enerjini qovacağına inanıldığı üçün nəzər  otu adlanır.

Bu bitki haqqında Məhəmməd peyğəmbərin hədisində “ İki acı şeydə- üzərlik və səbrdə necə bir şəfa vardır bilirsinizmi?” deyə bəhs edilmişdir.

Lakin üzərlik təkcə nəzərdən qorumur, eyni zmaanda üzərliyin sağlamlığa da faydaları vardır.

Bizim.Media xəbər verir ki, üzərlik  toxumu insan psixologiyası üçün faydalıdır. Eyni zamanda üzərlik toxumlarından alınan yağlar fiziki xəstəliklərin alternativ müalicəsində istifadə olunur.

Diqqət pozuntusu və konsentrasiya çətinliyi olan insanlara üzərlik toxumu çayı və tüstüsündən istifadə etmələri tövsiyə olunur.

Digər faydaları:

Yorğunluq şikayətlərini azaldır.

Həzm pozğunluğu üçün faydalıdır.

Stres və depressiya kimi mənfi halların qarşısını alır.

Burun tıxanıqlığı üçün faydalıdır.

Qrip və soyuqdəymə kimi bir çox xəstəliyin qarşısını alır.

Öskürəyin keçməsinə kömək edir.

Bəlğəmi təmizləyir.

Allergik reaksiyaların azalmasında təsirlidir.

Menstruasiya dövrünün nizamsızlığını aradan qaldırır.

Saçın köklərini gücləndirir və daha sürətli uzanmasına kömək edir.

Stresdən  yaranan  yuxu problemlərini və baş ağrılarını aradan qaldırır.

Yaddaşı gücləndirir.

Üzərlik toxumunun çay kimi qəbul etmək üçün 2 stekan suyun içinə 1 yemək qaşığı üzərlik toxumu əlavə edin və qaynadın. 6-7 dəqiqə dəmləmək kifayətdir. Dəmləndikdən sonra süzüb içə bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO