Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir - VİDEO

Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir - VİDEO

Hazırda oxunan: Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir - VİDEO

140098

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə 70 milyon dollarlıq ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır.

Bizim.Media Nuhçıxan.az-a istinadən xəbər verir ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

Bura Sədərəkdir... Bu torpaqda 30 il əvvəl erməni işğalçıları ilə döyüşlərdə 150-dən artıq şəhid vermişik. Müstəqillik illərində bu yurd yerimiz abadlaşıb, kompleks quruculuq işlərindən öz nəsibini alıb.

Ötən əsrin 90-cı illərində ermənilərin hücumu zamanı vəhşicəsinə dağıdılan evlər yenidən bərpa olunub, məskunlaşma artıb. Bu günlərdə Ermənistan mətbuatında “Ermənistan Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşır” sərlövhəli məqalə sədərəklilərin də ciddi narahatlığına və narazılığına səbəb olub.

Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Sakinlər bildirir ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Və zavoddan çıxan tullantılar, sözsüz ki, Araz çayına axıdılacaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.
Sədərək rayon sakinləri deyir ki, bu, Ermənistanın növbəti ekoloji cinayətidir. Çünki Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, ölkənin mərkəzlərində öz işini görsün və bu barədə məsuliyyətli olsun.

Rayonun ekofəalları da məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur. Bu zavodun inşası sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir Arxı”nın suyundan istifadə edilir. 

Ekologiya və təbii sərvərlər nazirinin müşaviri Rasim Səttarzadə qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.

Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.
Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Araz çayı, sözün əsl mənasında, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib.

Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.

Bundan əlavə faktlar göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumi region və dünya üçün təhlükəlidir. Söhbət artıq 40 ildən çoxdur ki, istifadə edilən və istismar müddətini çoxdan başa vuran Metsamor AES-dən gedir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO