Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib - FOTO/VİDEO 

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib - FOTO/VİDEO 

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib - FOTO/VİDEO 

140077

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və onların müavinlərinin hərb sənəti, bölmələrin idarə edilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərar qəbuletmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə komandir hazırlığı məşğələsi keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Zabitlər “Qarovul şəhərciyində qarovula təyin olunmuş şəxsi heyətin təlimatlandırılması metodikası”, “Artilleriya divizionu ilə döyüş atışlı taktiki təlimin təşkili və keçirilməsi” mövzularından praktiki dərslərdə iştirak edib və atıcı silahlardan atış çalışmalarını yerinə yetiriblər. 
Məşğələ zamanı zabitlər xüsusi təyinatlı bölmələr tərəfindən kəşfiyyat cığırının dəf edilməsi və yüksəklikdə yerləşən düşmən obyektlərinin ələ keçirilməsi üzrə fəaliyyətləri izləyiblər. 

Təlim-Tədris Mərkəzində keçirilən nəzəri dərslərdə Hüquq, Maddi-texniki təminat, Dövlət sirrinin mühafizəsi və Mənəvi-psixoloji hazırlıqdan mühazirələr oxunub. 

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən keçirilən məşğələnin sonunda zabitlərə bölmələrin idarə olunması və döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 
 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO