9 iyun ”“ Beynəlxalq Akkreditasiya Günüdür. Hər il Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Beynəlxalq Akkreditasiya üzrə Əməkdaşlıq Təşkilatı (İLAC) uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya fəaliyyətinə diqqəti cəlb etmək üçün bu gün münasibətilə deviz elan edir. Bu ilin devizi “Akkreditasiya ictimai siyasəti dəstəkləmək üçün əsas vasitədir”x9d adlanır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli 604 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır. Dövlət Akkreditasiya Xidməti akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
9 iyun 2016-cı il tarixində Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin təşkilatçılığı ilə “Akkreditasiyanın müasir iqtisadiyyatda rolu”x9d mövzusunda tədbir keçiriləcək. Tədbir saat 10.00-da “Holiday İnn Baku”x9d otelinin konfrans zalında başlayacaq.
İştirakınızı təklif edirik.
Hörmətlə,
İnformasiya texnologiyaları və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Fazil Talıbov
































































































