“Göy üzünün adamı” – Nazim Əhmədlinin kitabları sərgilənib – FOTO  

“Göy üzünün adamı” – Nazim Əhmədlinin kitabları sərgilənib – FOTO  

Hazırda oxunan: “Göy üzünün adamı” – Nazim Əhmədlinin kitabları sərgilənib – FOTO  

140036

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günündə şair Nazim Əhmədlinin imza saatı keçirilib.  

Bizim.media masasında baş tutan imza saatında şairin "Mən bir günah elçisiyəm", "Göy üzünün adamı" və digər kitabları sərgilənib.  

Nazim Əhmədlinin sözlərinə görə, 45 illik yaradıcılığı dövründə ən çox rəğbət qazanan əsəri "Unutduğum göy üzü" adlı şeirlər kitabıdır. 

O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunması ədəbiyyatımıza, yazıçılarımıza, şairlərimizə yeni nəfəs gətirdi. Xatırladaq ki, Nazim Əhmədlinin kitabları, alman, ingilis, rus, yapon, özbək, fars, qırğız və  türk dillərinə tərcümə olunub. 
Qeyd edək ki, festivalın ikinci günü Qazax ( Qazaxıstan)  ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO