3 ay müddət, 1,6 milyon FORMA EHTİYACI... – Şagirdləri yeni tədris ilində NƏ GÖZLƏYİR?

3 ay müddət, 1,6 milyon FORMA EHTİYACI... – Şagirdləri yeni tədris ilində NƏ GÖZLƏYİR?

Hazırda oxunan: 3 ay müddət, 1,6 milyon FORMA EHTİYACI... – Şagirdləri yeni tədris ilində NƏ GÖZLƏYİR?

140034

Xəbər verdiyimiz kimi ötən gün Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.

Nazirlik rəsmisinin bu fikirləri müəyyən suallar doğurub. Çünki, qısa zamanda 1 milyon 600 min məktəbli formasının tikilib hazırlanması heç də asan məsələ deyil. 

Məsələ ilə bağlı ilkin olaraq təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub:
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin vahid məktəb forması olacaqmı? - YENİ TƏKLİF


“Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. 

Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır. 
Bu mənada yeni tədris ilindən ölkə üzrə 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilməsi əlamətdar hadisədir”. 

Kamran Əsədov bir vacib məqama da aydınlıq gətirib:

“Bu o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasında istifadə etməlidir. Hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib təklif edilmiş 4-5 layihədən istədikləri dizaynda forma müəyyən edə bilərlər. Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur. 

Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz”. 

Qısa zamanda 1.6 milyon ədəd məktəbli formasının qısa zamanda hazırlanması praktik cəhətdən mümkün deyil. Bunun üçün ölkəmizdə ixtisaslaşmış istehsal sahələri azdır. 

Həmin müəssisələrdən biri “Bakı Tikiş Evi” ASC-nin şöbə müdiri Etibar Əzimov Bizim.Media-ya açıqlamasında bildirib ki, biz ötən ildən başlayaraq hökümət tərəfindən müəyyən edilmiş məktəbli formalarının istehsalına başlamışıq:

“Hazırda da istehsalımız davam edir. Lakin 1.6 milyon ədəd məktəbli formasını təkcə BTE hazırlamayacaq. Digər istehsalçılar da bu prosesə qoşulacaq. Əgər bütün istehsalçı şirkətlər öz imkanlarını səfərbər etsə, yəqin ki, yeni tədris ilinə qədər lazımı miqdarda məktəbli forması satışa çıxarılacaq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO