II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günündə Şair Mərziyə Sarvanın imza saatı keçirilib.
Bizim.Media-nın masasında baş tutan imza saatında Mərziyə Sarvanın "Əsgər anasıyam", "Ayrı qalmışam" adlı iki kitabı nümayiş olunub.
Bizim.Media-ya açıqlama verən şair bildirib ki, 20 illik fəaliyyəti dövründə bir sıra beynəlxalq tədbirlərdə iştirak edib, zəngin Azərbaycan ədəbiyyatına öz tövhəsini verməyə çalışıb.
Mərziyə Sarvan vurğulayıb ki, 2-ci Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalı türk xalqlarının birlik və bərabərliyinin göstəricisidir.
Qeyd edək ki, festivalın ikinci günü Qazax ( Qazaxıstan) ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:22 / 06.06.2023
“Əsgər anasıyam” kitabının təqdimatı KEÇİRİLDİ – FOTO
Hazırda oxunan: “Əsgər anasıyam” kitabının təqdimatı KEÇİRİLDİ – FOTO
Hazırda oxunan: “Əsgər anasıyam” kitabının təqdimatı KEÇİRİLDİ – FOTO
140030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.