Bəzi dindar valideynlər qızlarını niyə təhsildən YAYINDIRIR? – Ekspertlərdən MARAQLI İZAH

Bəzi dindar valideynlər qızlarını niyə təhsildən YAYINDIRIR? – Ekspertlərdən MARAQLI İZAH

Hazırda oxunan: Bəzi dindar valideynlər qızlarını niyə təhsildən YAYINDIRIR? – Ekspertlərdən MARAQLI İZAH

140025

Azərbaycanda qızların davamlı təhsili üçün qanunvericilikdə maneə olmasa da, bəzi valideynlər qız uşaqlarını erkən təhsildən uzaqlaşdırırlar. Xüsusilə dindar və ya hansısa dini cərəyana cəlb edilmiş valideynlər qızlarının oxumağını istəmirlər. Qızı təhsildən uzaqlaşdırmaqda isə əsas məqsəd onları ərə verməkdir. 

Bəs, uşağı təhsil hüququndan məhrum etmək cinayət məsuliyyəti yaradırmı?  

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, övladını təhsildən yayındıran valideynlərə qarşı cəza sərtləşdirilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Məktəblərdə yeni davranış qaydaları tətbiq OLUNACAQ - RƏSMİ


“Valideyn istənilən halda övladının təhsildən yayındırılmasına çalışmamalıdır. İcbari təhsil dövründə valideyn övladını təhsildən yayındırırsa, o, birbaşa məsuliyyət daşıyır. Təhsildən yayınma halları yolverilməzdir. Düzdür bunun üçün hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Amma konkret olaraq məsuliyyət valideynin üzərinə yıxılır.

Təəssüf ki, son illərdə belə bir tendensiya formalaşıb. Yuxarı siniflərdə qız abituriyentlərin sayı azalır. Bəzi valideynlərin qız uşaqlarını təhsildən yayındırmaları, həmin qızları icbari təhsildən sonra məktəbdən ayırmaları nəticəsində bu cür təssüfedici məqamlar formalaşıb. 
Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Elm və Təhsil Nazirliyinin regional bölmələri hansı ərazilərdə qəbul zamanı qızların sayı aşağıdırsa, məhz o regionalarla iş aparmalıdırlar. Belə olduğu halda biz qızların təhsildən yayınma hallarının qarşısını ala bilərik”. 

Buraxılış və qəbul imtahanlarında qızların sayı kəskin şəkildə azalıb...

Ekspert vurğulayıb ki, əgər kimsə dini inancı baxımından övladını təhsildən yayındırırsa, bu da doğru deyil:

“Onlar bu qədər dini inanclıdırlarsa, Məhəmməd Peyğəmbərin elmlə bağlı tövsiyələrinə niyə əməl etmirlər? Peyğəmbərimiz belə bildirir ki, elm Çində olsa, arxasınca gedin. Bu o deməkdir ki, övladlarını təhsildən yayındırmaq üçün öz Peyğəmbərlərinin fikirlərinə qarşı çıxmış olurlar. 

Əslində valideynlərin daha çox hansı dini cərəyanın təsiri altında olması faktı araşdırılmalıdır. Yəni, burada kənar təsirlər daha çox rol oynayır. Təkcə bu il 120 minə yaxın abituriyent buraxılış imtahanında iştirak edib.
Onların daha az faizini qızlar təşkil edir. Ali məktəbə qəbulda da qızların sayı əvvəlki dövrlərlə müqayisədə kəskin şəkildə aşağı düşüb. Bunların hamısı araşdırma tələb edən məsələlərdəndir”. 

Qız uşaqlarını təhsildən yayındırmaq Allaha qarşı çıxmaqdır...

İlahiyyatçı Tural İrfan İslam dininin təhsil və tədrisə böyük önəm verdiyini vurğulayıb. O, deyib ki, “Qurani Kərim”in ilk ayəsi oxumağı əmr edir:

“Təfəkkür etmək, düşünmək, elm öyrənmək, hətta Çində də olsa elmin arxasınca getmək Peyğəmbərin əmridir. İslam dininin tövsiyəsi ilə böyük alimlər yetişib. Təhsildən yayınma hallarını dinlə əlaqələndirən valideynlər özləri dinin əleyhinə etdiklərinin fərqində olmalıdırlar. Bu əməl cəhalət, xurafat, mövhumat savadsızlıqdan yaranır. 

Qız uşaqlarını təhsildən yayındırmaq Allaha qarşı çıxmaqdır. Quranda qız uşaqlarına xüsusi önəm verilir. Qız uşaqlarının hüquqları xüsusi həssaslıqla qorunur və onlara təzyiq kəskin şəkildə tənqid edilir.

Hətta qız uşaqlarını incidənlərin Axirət günü şiddətli əzaba düçar ediləcəkləri deyilir. Qız uşaqlarını təhsildən uzaqlaşdırmaq, dinin kökünə balta vurmaqdır. 

Qadın savadlı olsa cəmiyyət daha mötədil inkişaf edər, humanizm prinsiplərinə daha çox riayət olunar. Çünki qadının xislətində, xilqətində nəciblik, həssaslıq, mərhəmət daha çoxdur”.

Xarici güclərin əlaltıları insanlarımızı psixoz etmək istəyirlər...

İlahiyyatçının fikrincə, qızların təhsildən yayınmasına rəvac verən valideynlər günaha batırlar:

“Ola bilsin onları xarici təsirlərlə ələ alıblar. Bu gün din adı altında ölkədə siyasi məqsədlərinə nail olmaq istəyən xarici güclərin əlaltıları var. Onlar dini radikalizm yaratmaq istəyirlər.

Yaxud dinimizi radikal, hüquqlara məhdudiyyət qoyan sıxıcı bir obraz verərək insanları psixoz etmək istəyirlər. Cəmiyyəti qabarıq şəkildə bir - birindən fərqlənən fərdlərə ayırıb nifaq salmaq istəyirlər. 

İslam dininə görə qadın sadəcə abırlı geyinməlidir, kişilərə nisbətən qapalı olmalıdır. Bunun da səbəbi ona qarşı mənfi niyyətlərin olmaması üçündür. Yoxsa qadını başdan ayağa qara çadraya bürümək, hətta üzünü də örtmək dində yoxdur. Bu, ərəblərin adətidir.
Çünki səhrada qum fırtınaları olurdu və insanın gözlərinə qum dolurdu. Bədəni quma batırdı. Bu baxımdan orta əsrlərdə hətta ərəb kişiləri də üzünü örtürdü. 

Bunu ona görə xatırlatdım ki, qadınları təhsildən yayındıranlar bəzən deyir ki, guya qızların məktəbə qapalı girməsinə qadağa olduğu üçün onlar övladlarını məktəbə qoymur. Yəni, bu əsassız fikirdir və dinimizdə əsla belə bir əmr yoxdur. Qızlar daha çox təhsilə önəm verməlidirlər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO